Bakıda tələbə qız özünü 11-ci mərtəbədən atdı

Bakıxanov qəsəbəsində yeniyetmə qız 11-ci mərtəbədən yıxılaraq ölüb. Bakının Sabunçu rayonu ərazisində yerləşən yaşayış kompleksində gənc qızın faciəvi ölümünün ilkin səbəbi məlum olub. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, 17 yaşlı Familə Bayramova yaşadığı binadakı blokun eyvanından özünü aşağı atıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Ailə üzvləri hadisədən şokda olduqlarından onları dindirmək mümkün olmayıb.
F.Bayramova tələbə idi.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31