Bakıda 9 dilənçi uşaq saxlanıldı
24 Aprel 2013 17:35 KriminalAvaralıq və dilənçiliklə məşğul olan 15 nəfər saxlanılıb. Onlardan 9-u azyaşlıdır. "Qafqazinfo"nun Daxili İşlər Nazirliyinin saytına istinadən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən avaralıq və dilənçiliklə məşğul olan 15 nəfər (onlardan 1-i kişi, 5-i qadın, 9-u isə azyaşlı olub) saxlanılıb. Onlar Bakı Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndəriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31