Bacıları zorlayan müəllim tutuldu

Həmin şəxs qızları təhdid edərmiş

Türkiyədə polis gənc qızları aldadaraq evinə aparan və sonradan onları zorlayan müəllimi yaxalayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, şikayətə əsasən 45 yaşlı saz müəllimi Bülent S.-i polis saxlayıb. Araşdırmalar zamanı məlum olub ki, Bülent S. 23 və 16 yaşlı iki bacını tez-tez zorlayırmış.

Belə ki, Bülent S. bacılarla bir müddət əvvəl internetdə tanış olub. Sonradan qızların maddi durumlarının pis olmasından istifadə edən müəllim onlara təmənnasız yardım təklif edib. Lakin sonradan xoşməramlı istək şəhvətə çevrilib. Bülent S. bacıları evlərinə aparıb və onları zorlayıb. Daha sonra həmin görüntüləri internetə yerləşdirib. Sonradan qızları təhdid edən müəllim, bacıları mütəmadi olaraq zorlayırmış.

Qeyd edək ki, Bülent S. Türkiyə televiziyalarından birində jurnalist kimi də çalışır. Artıq bacılara təcavüz edən şəxsi polis tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31