Şəmkirdə 4 otaqlı evdə yanğın olub

Şəmkir rayonu, Kür qəsəbəsində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə,  yanğın zamanı ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində 1 otağın tavanı 15 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Ağsu şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan ikimərtəbəli 4 otaq və 2 aynabənddən ibarət evin 2-ci mərtəbəsində taxta qapı 2 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31