Zənglərə cavab verməyən uşaq yatmış vəziyyətdə aşkar edilib
24 Aprel 2013 13:43 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda, mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb. FHN-dən "Olaylar"a verilən məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər hündürmərtəbəli bina təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 17 mərtəbəli binanın 11-ci mərtəbəsində mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən giriş qapısını açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən uşaq yatmış vəziyyətdə aşkar edilib.