Azərbaycanda dəhşətli qəza: gənc oğlan öldü

Qəza törədən sürücü yaralanıb, əmisi oğlu ölüb. Milli.Az "Türkel TV"yə istinadən bildirir ki, Şəmkir rayon Sabirkənd sakini Zamiq Eyyubov tərəfindən yüksək sürətlə idarə olunan "VAZ 2106" markalı avtomobil Bakı-Qazax avtomagistralının 411 km-də, Düyərli kəndi ərazisində idarəetmədən çıxaraq ağaca çırpılıb.
Nəticədə, avtomobildə olan sərnişin, sürücünün əmisi oğlu, 20 yaşlı Rəşid Eyyubov hadisə yerindəcə dünyasını dəyişib. Zamiq Eyyubov isə ciddi xəsarətlər alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
20 yaşlı gəncin ölümü ilə nəticələnən avtoqəza təxminən dünən saat 22:40 radələrində baş verib. Qeyd edək ki, son günlər Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonları ərazisində qeydə alınan avtoqəzalarda 5 nəfər dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31