Bakıda qadın özünü dənizə ataraq intihar edib

Bakı şəhərinin Xətai rayonu ərazisində, dəniz sahilindən qadın meyiti tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1965-ci il təvəllüdlü Rüstəmova Vəfa Əfsər qızının meyitini dalğalar Zığ qəsəbəsi yaxınlığında sahilə çıxarıb.İlkin araşdırmalarla müəyyən edilib ki, 48 yaşlı V.Rüstəmova ruhi xəstə olub. Onun intihar məqsədi ilə özünü dənizə atdığı ehtimal edilir.Faktla əlaqədar araşdırmalar davam etdirilir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31