53 yaşlı subay kişi yaxınlarına unudulmaz zərbə vurdu

Onun cəsədini yaxınları tək yaşadığı evdə asılmış vəziyyətdə tapıblar

Ötən gün axşam saatlarında Siyəzən rayonunun Gilgilçay qəsəbəsində 53 yaşlı kişi intihar edib. Rayon Prokurorluğundan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, 1960-cı il təvəllüdlü qəsəbə sakini Elman Gülbaba oğlu Quliyev özünü yaşadığı evdə asıb.Deyilənlərə görə, Eldar Quliyev subay olub. Onun daim qapanırmış və uzun müddət qeyri-adi davranışları ilə fərqlənirmiş. Onun cəsədini yaxınları tək yaşadığı evdə asılmış vəziyyətdə tapıblar.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31