Dəhşət! Ata 4 yaşlı uşağını döyüb öldürdü
Azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb
24 Aprel 2013 10:17 KriminalTürkiyədə ata 4 yaşlı oğlunu döyərək öldürüb. Hadisə Afyonkarahisar vilayəti Başmaqçı rayonunun Beltarla kəndində baş verib. Məlumata görə, Beltarla sakini A.Ç. azyaşlı oğlunu naməlum səbəblə döyüb. 4 yaşlı S.Ç.-nin vəziyyətinin kəskin pisləşməsi ilə qohumları evə təcili yardım çağırıb. Evdə ilk tibbi müdaxilə göstərilən azyaşlı daha sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ata zorakılığının qurbanı olan azyaşlının cəsədi araşdırılmaq üçün məhkəmə tibbi ekspertizasına təhvil verilib. Ata A.Ç. isə polis tərəfindən saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31