Bakıda qəbiristanlıq yanır

Bakının Sabunçu rayonu ərazisində yerləşən qəbiristanlıq yanır. Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, saat 17 radələrində Bakıxanov qəsəbəsi ərazisində yerləşən rus qəbiristanlığında güclü yanğın baş verib. Əraziyə yanğınsöndürən maşınlar gəlib. Yaxınlıqdakı ərazilər qatı tüstüyə bürünüb.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən Milli.Az-a bildirildi ki, qəbiristanlıqda ot yanğını başlayıb. Yanğınsöndürmə briqadası hazırda yanğının qarşısını almağa çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31