Narkotika alverçisinə 7 il cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotika alverində təqsirləndirilərək həbs olunan Qəbələ rayonunun Mıxlıqovaq kənd sakini Nemət Süleymanovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Məhkəmənin hökmü ilə Nemət Süleymanov 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Süleymanov Nemət Misir oğlu Ucar rayonunda şərti alıcıya 2 kiloqram 70 qram qurudulmuş marixuana satarkən polis tərəfindən saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan xüsusi üsulla becərilmiş 15 ağac, 17 kiloqram 355 qram marixuana aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31