Qadın evinə basqın edənlərdən necə qurtuldu?

Qadının əl-ayağını yapışqan lentlə bağlamaq istəsələr də...

Gəncə şəhərində evə basqın olub. Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Gülüstan qəsəbəsi, ev 37, mənzil 5-də yaşayan 48 yaşlı Məhəbbət Qurbanovanın evinə gələn şəxslər özlərini qaz idarəsinin işçiləri kimi təqdim edərək evə soxulublar. Onlar qadını bıçaqla hədələyərək pul verməsini tələb ediblər.
Məhəbbət Qurbanovanın əl-ayağını yapışqan lentlə bağlamaq istəsələr də, qadının qışqırması onların niyyətini gözlərində qoyub. Ələ keçəcəklərindən qorxan şəxslər maşına minərək qaçıblar.
Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31