Sovqatın içindən telefon çıxdı

Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.  Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1986-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1; 181.2.2; 181.2.5; 28; 181.2.1; 28; 181.2.2; 28; 181.2.5; 234.1; 66.3 maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Qismət Tahir oğlu Səfərovun yanına qisa müddətli görüşə gəlmiş anası vətəndaş Sevda Sözəli qızı Səfərovanın gətirdiyi sovqata baxış keçirilən zaman əşyaların arasında xüsusi üsulla yapışqanla sarınmış bükülüdə 5 (beş) ədəd "Nokia" markalı, 1 (bir) ədəd "Blackberry" markalı, 1 (bir) ədəd "M 3 KenxinDa" markalı mobil telefon aparatları, 1 (bir) ədəd elektrik qidalandırıcısı, 1 (bir) ədəd elektrik qidalandırıcısının ehtiyyat hissəsi, 2 (iki) ədəd bultuz-qulaqcıq, 3 (üç) ədəd qulaqcıq, 5 (beş) ədəd elektrik qidalandırıcısının kəsilmiş uc hissələri, 6 (altı) ədəd mobil telefon danışıq kartı və 3 (üç) ədəd yaddaş kartı aşkar edilərək götürülüb.  Fakt üzrə araşdırma aparılır.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31