Qatar avtomobillə toqquşdu, ölən və yaralı var

Aprelin 22-si saat 21:00 radələrində Tovuz rayon Alakol kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. Milli.Az Türkel TV-yə istinadən bildirir ki, bu dəfə qəza avtomagistralda deyil, dəmiryolunda baş verib. Belə ki, Ağstafadan Bakıya gedən qatar Tovuz rayon Qovlar şəhər sakini İlqar Hüseynovun idarə etdiyi "QAZ 3110" markalı avtomobillə toqquşub. Nəticədə avtomobildə olan sərnişin, orta yaşlı qadın dünyasını dəyişib. Sürücü isə xəsarət alıb.
Qeyd edək ki, qatar avtomobili 200 metr sürükləyib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31