Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib

İntiharın səbəbləri hələlik məlum deyil

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib. Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Naximov küçəsində qeydə alınıb. Həmin ünvanda yerləşən mənzillərin birində kirayənişin yaşayan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü İbrahim Rəcəb oğlu Qafarov özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31