Sumqayıtda yaşayış binası yandı, bina sakini yanıb öldü
23 Aprel 2013 11:21 KriminalSumqayıtda 5 mərtəbəli binada yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə gecə saatlarında baş verib. 5 mərtəbəli yaşayış binasının zirzəmisində 8 kv.m sahədə məişət tullantıları yanıb. Yanğının kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan kişi meyiti aşkar olunub. Yanğından mənzillər mühafizə olunub. Yanğın saat 00:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31