Azərbaycanda 21 yaşlı gəlin körpəsi ilə birlikdə itkin düşüb

Ucar rayonunda gənc qadın azyaşlı körpəsi ilə birgə itkin düşüb

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, rayonun Heydər Əliyev prospekti 138, mənzil 27 ünvanında yaşayan 21 yaşlı Əsgərova Dürrə Neman qızı 18 aprel tarixində 9 aylıq qız körpəsi ilə birlikdə günorta vaxtı evdən çıxaraq geri dönməyib. Bu haqda itkin düşənin həyat yoldaşı Əsgərov Rahim İbrahim oğlu Ucar Rayon Polis Şöbəsinə yazılı olaraq müraciət edib.Rahim Əsgərovun müraciəti əsasında Ucar Rayon Polis Şöbəsinin təhqiqat qrupu araşdırmalar aparıb və 22 aprel tarixindən Əsgərova Dürrə Neman qızı barəsində itkin düşmüş kimi axtarış elan edilib.Hazırda Dürrə Əsgərovanın tapılması istiqamətində işlər aparılır. Qeyd edək ki, Dürrə Əsgərova həyat yoldaşı Rahim Əsgərovla 2011-ci ildə ailə həyatı qurub və onların 9 aylıq körpələri var. İtkin qadının həyat yoldaşının bildirdiyinə görə, onların arasında heç bir problem olmayıb. Faktla bağlı Ucar Rayon Polis Şöbəsi axtarış elan edib, araşdırma aparılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31