Abşeronda güclü yanğın, 11 nəfər təxliyyə olundu
23 Aprel 2013 11:12 KriminalAbşeron rayonunda güclü yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR!"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Xırdalan şəhərində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 52 kv.m olan 2 otaqlı mənzilin mətbəxində 6 kv.m sahədə əşyalar yanıb, yüksək temperaturdan 10 kv.m sahədə lambirdən ibarət tavan əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 11 nəfər bina sakini (2 nəfər azyaşlı) təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31