DİN-in Baş Mühafizə İdarəsi axtarışda olan 19 nəfəri tutub – SON STATİSTİKA

2013-ci ilin 3 ayı ərzində Daxili İşlər Naziriliyinin (DİN) Baş Mühafizə İdarəsinin (BMİ) əməkdaşları tərəfindən 31 oğurluq hadisəsinin qarşısı alınıb., Bu zaman 16 nəfər qanun pozucusu saxlanılıb. Bu barədə Femida.az-a BMİ-dən bildirilib. Ümumilikdə,2009-2013-ci illər ərzində 263 analoji cinayətin qarşısı alınıbvə 184 nəfər cinayətkar isə yaxalanıb.
Qeyd edək ki, mülkiyyətçinin əmlakının mühafizəsi BMİ-nin qarşısında duran yeganə vəzifə deyil. Belə ki, hər bir mühafizə xidmətinin əməkdaşı xidmət başında olduğu zaman hər hansı qanunazidd hərəkətin, o cümlədən, soyğunçuluq, qarət, quldurluq və əmlaka təcavüz niyyətilə hücum, avtonəqliyyat vasitəsinin qaçırılması, narkotik vasitələrin qeyri-qanuni satışı və saxlanması kimi qanunsuz hərəkətlərin qarşısını almağa hazırdır. Bu baxımdan, 2013-ci ilin 3 ayı ərzində Baş Mühafizə İdarəsinin əməkdaşları 70 belə cinayətin qarşısını almağa və bu zaman 78 nəfər cinayətkarı saxlamağa müvəffəq olublar. 2009-2013-ci illərdə isə 614 bu kimi qanun pozuntusunun qarşısı alınıb və 728 nəfər qanun pozucusu saxlanılaraq istintaq orqanlarına təhvil verilib. Həmçinin, 2013-ci ilin 3 ayı ərzində Baş Mühafizə İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində axtarışda olan 19 nəfər tutulub, 444 nəfər də ictimai asayişi pozan şəxs saxlanıb. Həmçinin, 8 yanğın hadisəsinin qarşısı alınıb. femida.az
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31