Çantadan 454 ədəd qadağan olunmuş dərman çıxdı

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Gülxanım Səmədovanın əl çantasına baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı çantanın içərisindən 454 ədəd sintetik narkotik vasitə saylan metadon adlı həb aşkar edilib. Belə ki, metadon adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin" II Siyahısına daxildir və 454 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 2,27 qram təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31