Sumqayıtda dəhşətli yanğın: FHN ayağa qalxdı

Yanğın sexlərin yerləşdiyi ərazidə baş verib

Sumqayıt şəhərində sexlərin yerləşdiyi ərazidə dəhşətli yanğın baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın Yeni Yaşma yaşayış massivində vətəndaşa məxsus sexdə baş verib.
Yanğın nəticəsində ümumi sahəsi 1200 kv.m olan sexin yanar konstruksiyaları, içərisində olan avadanlıqlar və yumurtalar yanıb.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yaxınlıqdakı digər sexləri yanğından mühafizə edib. Yanğın saat 02:13 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31