İnterpol iki azərbaycanlı barəsində axtarış elan edib, onlardan biri terrorçuluqda ittiham edilir

Azərbaycanın hüquq-mühafizə orqanları İnterpol-un xətti ilə daha iki Azərbaycan vətəndaşı barəsində axtarış elan edib. Onlardan biri qadındır.Trend xəbər verir ki, bu barədə İnterpol-un rəsmi internet səhifəsində məlumat yayılıb.Axtarışa verilənlərdən 58 yaşlı Xalidə Məlikova 1954-cü il oktyabrın 18-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində anadan olub.Məlikova böyük məbləğdə ziyan vurmaqla dələduzluqda ittiham olunur.Barəsində axtarış elan edilən 38 yaşlı Müşfiq Bayramov 1974-cü avqustun 29-də Azərbaycanın Füzuli rayonunun Eyvazlı kəndində anadan olub.Bayramov terrorçuluqda - qanunsuz silahlı birləşmələrin yaradılması və fəaliyyətində iştirak edilməsi, o cümlədən onların hərbi silah-sursat və partlayıcı maddələrlə təchiz edilməsində ittiham olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31