DİN Dairəvi Yolda baş verən qəza barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakı Dairəvi Yolunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 18-də saat 16.40 radələrində Yeni Dairəvi yolda baş verib. Bakı şəhər sakinləri Faiq Cavadovun və Elvin Əkbərovun idarə etdikləri "Daewoo" markalı avtobuslar ("Qafqaz" şirkətinə məxsus 211 saylı xətlə hərəkət edən avtobuslar) toqquşub. Nəticədə xəsarət almış hər 2 sürücü və 16 sərnişin xəstəxanaya yerləşdiriliblər. Sürücülərin və xəsarət almış 2 sərnişinin vəziyyətləri qənaətbəxşdir, digərilərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.  Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31