Bakının mərkəzində bir gündə iki silahlı zərərsizləşdirildi
19 Aprel 2013 15:43 KriminalBakıda bir güncdə iki silahlı şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Rauf Nadirovdan 1 ədəd nömrəsi silinmiş "Makarov" markalı tapança və 3 ədəd patron götürülüb. Həmin gün Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Qulamovdan 1 ədəd "Mauzer" markalı tapança götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31