21 yaşlı Şəmkir sakini Kürdə batıb

Şəmkirdə 21 yaşlı oğlan Kür çayında batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, 1991-ci il təvəllüdlü Tural Nazim oğlu İsmayılov Kür çayının Şəmkir rayonu, Daşbulaq kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 140 km aralıda) çimərkən batıb. Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri T.İsmayılovun cəsədini batdığı yerdən 30 m aralıda taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 00:07-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31