Bakıda zəncirvari qəza: 6 avtomobil toqquşdu, ölən və yaralananlar var VIDEO

Bakıda səhər saatlarında zəncirvari ağır yol qəzası baş verib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, bu gün səhər saatlarında Bakı Dairəvi Yolunda 4-5 maşının toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 3-ü hadisə yerindən götürülüb, 2-si isə sonradan xəstəxanaya qəbul edilib. Məlumata görə, hadisə zamanı xəsarət alanların bəziləri özləri xəstəxanalara gediblər.
Şahidlərin verdiyi məlumata görə, yol qəzası zamanı bir nəfər ölüb. Bu şəxs avtomobillərdən birinin sürücüsü olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31