Sumqayıtda yanğın: 50 nəfər təxliyyə edildi

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 58 kv.m olan 2 otaqlı mənzilin yanar konstrukssiyaları və ev əşyaları yanıb.Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı yuxarı mərtəbələrdən 50 nəfər bina sakini təxliyə olunub. Yanğın saat 04:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31