Sumqayıtda yaşayış binası yandı, sakinlər evakuasiya edilib

Yanğınsöndürənlər alovun qarşısını gecə saatlarında ala biliblər

Sumqayıtda yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 58 kv.m olan 2 otaqlı mənzilin yanar konstrukssiyaları və ev əşyaları yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı yuxarı mərtəbələrdən 50 nəfər bina sakini təxliyə olunub. Yanğın saat 04:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31