Bakıda zəncirvari qəza: 6 avtomobil toqquşdu, yaralılar var

Bu gün səhər saatlarında Bakının Badamdar qəsəbəsində zəncirvari qəza baş verib.Milli.Az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, Badamdar qəsəbəsində Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) qarşısında biri xarici dövlət nömrə nişanlı "Mercedes" markalı mikroavtobus olmaqla 6 minik avtomobili toqquşub.Hadisə nəticəsində çoxlu sayda yaralananların olduğu bildirilir. Xəsarət alanlar dərhal yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.Hadisə yerinə cəlb olunmuş polis əməkdaşlarından birinin Milli.Az-a verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 7-8 nəfər yaralanıb.Qəza nəticəsində ölənlərin olduğu da ehtimal edilir.Qeyd edək ki, qəza zamanı avtomobillərdən biri BŞDYPİ-nin hasarına çırpılaraq hasarı aşırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31