“Azərbaycan lizinq Şirkəti” ilə bağlı açıqlama
18 Aprel 2013 20:20 KriminalSumqayıt Apellyasiya Məhkəməsindən daxil olmuş xüsusi qərardad Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılmışdır. Müəyyən edilmişdir ki, 5 may 2011-ci il tarixdə "Azərbaycan Lizinq Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətlə fiziki şəxs Bəşirov Balaca Mustafa oğlu arasında 80.0 min manat dəyərində 4 ədəd "EKOSTAR TB 300" markalı isitmə sisteminin lizinq yolu ilə alınması barədə müqavilə bağlanmışdır. Lakin lizinq verənlə lizinq alan arasında təhvil-təslim protokolu imzalanmasına baxmayaraq müqavilədə qeyd olunan avadanlıqlar kənar şəxslərə satılmaqla onun pulu cəmiyyətin hesabına mədaxil edilməmiş və bununla da həmin müəssisənin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmuşdur. Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və ya sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanmışdır. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Müəyyən edilmişdir ki, 5 may 2011-ci il tarixdə "Azərbaycan Lizinq Şirkəti" MMC ilə fiziki şəxs Bəşirov Balaca Mustafa oğlu arasında 80 000 manat dəyərində 4 ədəd "EKOSTAR TB 300" markalı isitmə sisteminin lizinq yolu ilə verilməsi barədə müqavilə bağlanmaqla, lizinq verənlə lizinq alan arasında təhvil-təslim protokolu imzalanmışdır. Lakin B.Bəşirov tərəfindən faktiki olaraq müqavilənin şərtləri kobud surətdə pozularaq şirkətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmuşdur.
Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və ya sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılmışdır.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.