Bakıda sərnişin avtobusları toqquşdu, 10 nəfər yaralandı

Bayılda baş verən qəzada yaralanmış şəxslərdən 7 nəfərin vəziyyəti ağırdır. Bakıda avtobus qəzasında yaralananların bəzilərinin adları məlum olub. APA-nın məlumatına görə qəza nəticəsində xəsarət alan 35 yaşlı Ruslan Nəsirov Respublika Klinik Xəstəxanasına, 22 yaşlı İbrahim Məhərrəmov və 53 yaşlı Böyükağa Orucov Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alanların vəziyyəti ağırdır.

***

Səbail rayonunun Bayıl qəsəbəsində bu gün baş verən qəzada yaralanmış sərnişinlərdən 8 nəfəri xəstəxanaya yerləşdirilib. Bu barədə Trend-ə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından məlumat verilib.
Yaralılardan digər 2 nəfəri yüngül xəsarət aldığından, ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31