Bakıda qumarxana aşkarlandı
18 Aprel 2013 15:54 KriminalBakıda daha bir qumarxana aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda deyilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri M.Hadi küçəsindəki çay evində oranın icarədarı, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Şərifovun qanunsuz olaraq totalizator futbol mərc oyunlarını təşkil etməsi müəyyən edilib. Çay evinə baxış zamanı 1500 manat məbləğində 146 ədəd kupon qəbzlərinin kötükləri, 1 ədəd noutbuk, 1 ədəd klaviatura, 1ədəd printer, 1 ədəd tv-tüner, 2 ədəd televizor, 1 ədəd "SAZZ" data kartı, 2 ədəd proqram cədvəli və müştərilərdən alınmış 33 manat pul aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31