Bakıda şəxsiyyəti məlum olmayan qadın meyidi tapıldı
18 Aprel 2013 15:54 KriminalBakıda kimliyi müəyyən olunmayan qadın meyidi tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 17-də Səbail rayonu Badamdar qəsəbəsi ərazisində baş verib. Qəsəbədə üzərində zorakılıq əlamətləri görünməyən 30-35 yaşlı qadın meyiti tapılıb. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31