ABU-nun dörd ay axtarışda olan keçmiş müəllimi həbs edilib
Şakir Həşimov vətəndaşların övladlarını universitetə düzəltmək adı ilə 80 min manat pulunu mənimsəyib
18 Aprel 2013 14:57 KriminalFəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş müəllimi həbs edilib. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Şakir Xəlil oğlu Həşimov bu gün tutularaq istintaqa təhvil verilib.
Polisdən həmçinin bildirilib ki, Ş. Həşimov ABU-nun müəllimi olub. O, xeyli sayda vətəndaşın övladlarını universitetə düzəltmək adı ilə 80 min manat pulunu mənimsəməkdə təqsirləndirilir.
Dörd ay əvvəl barəsində axtarış elan olunmuş Ş. Həşimov bu gün səhər saatlarında Bakı şəhəri ərazisində saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31