Bakı-Qazax magistralında yük və minik maşınları toqquşdu, yaralı var
18 Aprel 2013 14:55 KriminalBakı-Qazax magistralının Goranboy rayon Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə istiqamətində hərəkətdə olan 90 VM 531 dövlət nömrə nişanlı "Mercedes" markalı yük maşını Dəliməmmədli istiqamətində hərəkətdə olan 51 BA 977 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində "VAZ 2107"nin sürücüsü 27 yaşlı Anar Qulu oğlu Quliyev ağır bədən xəsarətləri alıb. Xəstə dərhal Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirib. Vəziyyəti orta ağırdır. Qəza hadisəsi Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31