Dəhşətli qəza: maşın tikə-tikə oldu VIDEO

Rusiyanın Smolensk vilayətində, Moskva-Minsk avtobanının 243-cü kilometrində dəhşətli yol qəzası baş verib. Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Moskva şəhərinin sakini, 1979-cu il təvəllüdlü şəxs Opel Insignia avtomobilində Minsk istiqamətində hərəkət edirdi. O, qəflətən yolun qarşı hərəkət zolağına keçib və nəticədə Opel öndən gələn DAF 95 430 ağır yük avtomobili ilə toqquşub. 
Toqquşma nəticəsində Opel Insignia-nın sürücüsü hadisə yerində həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31