Bakıda ağır yol qəzası: 5 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

Aeroprt yolunda zəncirvari yol qəzası olub.

Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, bu gün saat 22 radələrində metronun "Koroğlu" stansiyasından Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkətdə olan iki yük və bir neçə minik maşını toqquşub. Qəzada 2 KamAZ, 1 VAZ-2107 və başqa avtomobillər bir-birinə çırpılıb.Ölən və yaralananlar haqda məlunmat yoxdur.3 saylı Klinik xəstəxanadan Milli.Az-a bildirildi ki, qəza ilə bağlı xəstəxanaya 5-6 yaralı gətirilib. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.Hadisə yerində polis araşdırma aparır. Ətraflı məlumat veriləcək.
Anar Məmmədov
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31