Ailədaxili qətllərin sayı niyə artır? VIDEO

Qətllərin baş verməsinə səbəb insanların yaşadığı psixoloji gərginliklərdir

Son zamanlar ictimaiyyətdə, eləcə də ailə daxilində baş verən qətillərin sayı durmadan artır. Belə ki, son 1 ay ərzində 10-dan çox qətl hadisəsi qeydə alınıb. Belə qətllərdən biri paytaxtın Xətai rayonunda ailə münaqişəsi nəticəsində baş verib. Belə ki, 37 yaşlı Zaur Məmmədxanov özündən 4 yaş kiçik həyat yoldaşı Rəhiməni döyərək öldürüb.
Daha bir qətl hadisəsi Binəqədi rayonu Nəsrəddin Tusi adına bir saylı yataqxanada baş verib. Hadisə zamanı 38 yaşlı Habil İsmayılov 74 yaşlı anası Suğra İsmayılovanı qətlə yetirib. Həyat yoldaşının xəyanətini həzm edə biməyən Saleh Fərzəliyevsə yoldaşı Nərmin Fərzəliyevanın qanına əlini bulayıb. Bu cür hadisələrin davamını gətirmək də olar.
Görəsən, insanları doğmalarının yaxınlarının qatilinə çevirən səbəblər nədir? Psixoloqlar belə hesab edir ki, istər dost-tanış arasında, istərsə ailə daxilində baş verən qətllərin başlıca səbəbi insanlarda psixoloji gərginliyn yüksək həddə çatmasıdır.
Qısqanclıq, maddi sıxıntı bütün bu hadisələrdə müəyyən qədər rol oynasa da, məsələnin kökündə insanların ölümə adi hal kimi baxması durur. Keçmiş polis rəisi Mahmud Hacıyev belə hesab edir ki, son 10 il ərzində insanlar bir növ azğınlaşaraq, nəinki yadların, hətta doğmalarının qatilinə çevrilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31