Duz Zavodundan oğurluq edən Masazır sakinləri tutuldu
17 Aprel 2013 16:19 Kriminalasazırda Duz Zavodundan oğurluq edən bir qrup saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 16-da Abşeron rayonu Masazır qəsəbəsinin ərazisindəki "Azərsun Holdinq" şirkətinə məxsus Duz Zavodunun ərazisində baş verib. Hər birinin çəkisi 25 kiloqram olan 112 kisə duzu oğurlayıb Qalib Əzizova məxsus "QAZel" markalı avtomaşına yükləyərkən qəsəbə sakinləri Ağamehdi Əliyev, Bəylər Talıbov, Əliyoldaş Rəşidov, Xalid İmanverdiyev və Fuad Salamov Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və Abşeron RPŞ-yə təhvil veriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31