Bakıdan internetlə bankomatdan pul çıxaran ələ keçdi

Bakıda qəribə oğurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Bakı şəhər sakini internet vasitəsilə Qazax rayon sakininin bankomat kartından külli miqdarda pul çıxarıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, 2012-ci ilin iyun ayının 9-da Qazax rayon sakini Şaiq Nəsirov Nizami RPİ-nin 25-ci Polis Bölməsinə müraciət edərək 2012-ci ilin may ayında onun bankomat kartından internet vasitəsilə 977 manatının çıxarılmasını bildirib. Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb.

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisənin Q.Qarayev prospektindəki internet klubda işləyən Bakı şəhər sakini İslam Əliyev tərəfindən törədildiyi müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31