Həyat yoldaşı ilə barışmaq istəyən kişi dəhşətli faciə törətdi - ŞOK TƏFƏRRÜATLAR

Türkiyədə ağır cinayət hadisəsi baş verib.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, boşanmaq istəyən həyat yoldaşı ilə barışmaq üçün onun evinə gələn 57 yaşlı İ.D., oğlu Kadir D.-ni tapança ilə güllələyib. Ağır yaralanan oğlunu qan içində görən 44 yaşlı Əminə D. qorxaraq özünü 4-cü mərtəbədən atıb və dünyasını dəyişib.
Eminə D. həyat yoldaşından ayrılaraq, oğlu ilə birgə İstanbulda Mustafa Kemal Paşa məhəlləsində yaşayırmış. Hadisə baş verən gün qonşular ondan xəbər tutmayınca polisə müraciət edib. Onların yaşadığı ünvana gələn polis qapını qıraraq evə daxil olub. Bu zaman polis başından yaralanan İ.D.-nin qan içində olduğunu görüb. O, dərhal xəstəxanaya yerləşdirilib. Daha sonra Əminə D.-nın meyiti iki binanın arasından tapılıb.
Cinayətin Kadır D. tərəfindən törədildiyini öyrənən polis onu həbs edib. Kadır D. əvvəlcə cinayəti etiraf etməsə də, sonradan oğlunu vurduğunu, həyat yoldaşının isə qorxudan özünü pəncərədən atdığını bildirib: "Həyat yoldaşımla mübahisə etdim. Oğlum araya girdiyi üçün onu vurdum. Bundan qorxuya düşən Əminə özünü pəncərədən aşağı atdı. Təşvişə düşdüm, silahı evə atıb, oradan qaçdım".
Faktla bağlı araşdırma davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31