Azərbaycanda hərbçilər yol qəzasına düşdülər: ölən və yaralananlar var

Azərbaycanda hərbçilər ağır yol qəzasına düşüblər. Hadisə Biləsuvar rayonu ərazisində baş verib. Biləsuvar Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Rəşad Mənsimovun idarə etdiyi "Mercedes" markalı maşın yoldan çıxaraq aşıb.
Nəticədə maşında olan sərnişin, gizir Kənan Ataş oğlu İsgəndərov hadisə yerində ölüb. Avtomobilin sürücüsü və maşında olan digər sərnişin, kapitan Ramiz Murğuzov yüngül bədən xəsarəti alıblar. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31