Bakıda qonşu qonşusunu öldürdü
17 Aprel 2013 11:03 KriminalBakı şəhərinin Səbail rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Bayıl qəsəbəsi, Əli Nəzmi küçəsi 104 ünvanında 1962-ci il təvəllüdlü Apşev Sergey Borisoviç mübahisə zəminində qonşusu 1967-cu il təvəllüdlü Xəlilov Renat Vaqifoviçi qətlə yetirib. S.Abşev 45 yaşlı qonşusuna bir neçə sarsıdıcı bıçaq zərbəsi endirib. İkinci hadisə yerindəcə keçinib.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31