Bakıda piyada vuruldu
17 Aprel 2013 10:54 KriminalHadisə, piyada yolu keçmək istəyən zaman baş verib. Ötən gecə Bakının Xətai rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Anspress xəbər verir ki, hadisə rayonun Gəncə prospektində qeydə alınıb. Məlumata görə, "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən şəxsiyyəti naməlum piyadanı vurub. Hadisə prospekt kənarındakı yaşayış binalarından birinin qarşısında baş verib. Zərbənin gücündən piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Xətai Rayon Polis İdarısində cinayət işi başlanıb. Araşdırmalar davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31