Minaya düşən həmyerlimiz dəfn olundu VIDEO
17 Aprel 2013 10:35 KriminalÖtən gün cəbhə xəttində minaya düşən Qazax rayon Xanlıqlar kənd sakini 23 yaşlı Vəliyev Adil Habil oğlu bu gün torpağa tapşırılıb. Yaxınları onun ailəsi ilə göy-göyərti yığmağa gedərkən təkbaşına neytral əraziyə keçdiyini və burada minaya düşdüyünü deyib. Qeyd edək ki, Adil Vəliyevlə göy-göyərti yığmağa gedən və qohumunun gözünün qarşısında minaya düşməsindən sonra dili tutulan, mərhumun xalası oğlu Şirxan Rüstəmov hələ də şokdan ayılmayıb. O, hazırda həkimlərin nəzarəti altındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31