16 yaşlı qrup rəhbəri həbs edildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları beş nəfərdən ibarət soyğunçu dəstəni zərərsizləşdiriblər.  Milli.Az EL TV-yə istinadən xəbər verir ki, təəccüblüsü budur ki, əsasən, 20-25 yaşlı gənclərdən ibarət qrupa 16 yaşlı yeniyetmə rəhbərlik edib. Ucar rayon sakini olan Tağı Tağıyevin verdiyi koordinatlar əsasında onun qrupu Zərdab rayonunda xeyli sayda mağazadan oğurluq edib. Zərərçəkən dükan sahibləri polisə müraciət edərək mağazalarından müxtəlif məbləğdə nəğd pul, siqaret, geyim əşyaları və telefon oğurlanması barədə məlulumat veriblər. Aparılan əməliyat axtarış tədbirləri nəticəsində oğrular yaxalanıblar. Dəstənin 16 yaşlı başçısı ev qapı-pəncərəsini və seyf qapıların kodlarını sındırmağı kinolardan və internet oyunlarından öyrəndiyini deyib. Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları oğruların ətraf rayonlarda da oğurluq edib-etmədiklərini araşdırırlar. Faktla bağlı Zərdab rayonun CM-nin 177.2.1, 2.2, 2.3 maddəsi ilə cinayət işi acılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31