Gəncədə hamilə qadın 5 yaşlı oğlu ilə birlikdə yoxa çıxdı

Onun aldadılaraq yoldan çıxarıldığı gümün edilir

Gəncədə 25 yaşlı qadın azyaşlı uşağı ilə birlikdə itkin düşüb. ANS PRESS-in verdiyi məlumata görə, 1988-ci il təvəllüdlü Tərlan Hüseynova 2008-ci il təvəllüdlü oğlu Fərid İsayevlə birlikdə aprelin 11-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
İtkin düşmüş qadının anası Dilşad Hüseynovanın verdiyi məlumata görə, qızı ailəsi ilə birlikdə Moskvada yaşayıb və yalnız 2-3 ay olar ki, Gəncəyə köçüblər. Onun sözlərinə görə, qonşular qızın gecə saat 3:50-4:00 radələrində evdən çıxaraq qara rəngli "Mercedes" markalı avtomobilə mindiyini görüblər. Qadının həm də hamilə olduğu bildirilir.
D. Hüseynovanın sözlərinə görə, qızının burada kiminləsə əlaqəsi olmayıb və yolu tanımayıb. Anası qızının savadsız olduğuna görə onun aldadılaraq yoldan çıxarıldığını güman edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31