Çörəyin içərisindən telefon çıxdı
16 Aprel 2013 12:59 KriminalPenitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1987-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə təqsirləndirilən şəxs Faiq Ənvər oğlu Alıyevə vətəndaş Anar Vaqif oğlu Yediyarovun gətirdiyi sovqata baxış keçirilən zaman 2(iki) ədəd çörəyin içərisində gizlədilmiş hər birində 1(bir) ədəd "Nokia" mobil telefon aparatı və 1(bir) ədəd elektrik qidalandırıcısının hissəsi aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.