Rəssamlar İttifaqının sədrinin oğlu tapıldı

Bu gün xalq rəssamı, Rəssamlar ittifaqının sədri Fərhad Xəlilovun itkin düşmüş oğlu tapılıb.

Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1965-ci il təvəllüdlü Xəlilov Seymur Fərhad oğlu paytaxt ərazisində tapılıb və bu barədə onun ailəsinə məlumat verilib. Qeyd edək ki, S.Xəlilov iyunun 7-də səhər saatlarında itkin düşüb. Yaxınlarının polisə verdiyi məlumata görə, S.Xəlilov ruhi xəstədir və onu son olaraq metronun "Neftçilər" stansiyası yaxınlığında görüblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31