Aeroport yolunda yol qəzası VIDEO
16 Aprel 2013 12:13 KriminalAeroport yolunda ağır qəza olub. Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, qəza bu gün saat 09 radələrində aeroport yolunun Suraxanı rayonu ərazisində olub. Şəhər istiqamətində hərəkətdə olan "Mitsubishi" və "Hyundai-Sonata" markalı avtomobillər toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Qəzadan sonra avtomobillərin yolda qalması yolda hərəkət edən maşınlar üçün çətinlik yaradıb.
Suraxanı Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, qəzanın səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31